Azərbaycanlı EUBC-nin Direktorlar Şurasına namizəd oldu

12.04.2022 11:10 524
İdman
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Vüsal Nəsirlinin Avropa Boks Konfederasiyasının (EUBC) Direktorlar Şurasına namizədliyi qeydə alınıb.

Bunu qurumun Direktorlar Şurası təsdiqləyib.

EUBC aprelin 30-da keçiriləcək seçilər üçün namizədlərin tam siyahısını müəyyənləşdirib. Prezident postuna 4, Direktorlar Şurasına isə 15 namizədin adı siyahıya daxil edilib.