Liderin oyunu 1 gün sonraya keçirildi

8.04.2022 21:30 618
Dünya futbolu
Türkiyə çempionatında 32-ci turun təqvimində məcburi dəyişiklik edilib.

Lider ''Trabzonspor'' bu gün turun açılış oyununda səfərdə ''Qaziantep''lə üz-üzə gəlməli idi. ''Bordo-mavililər'' dünən yerli vaxtla saat 16.30-da təyyarə ilə Antepə yollanmalı idilər. Amma Trabzonda olan güclü duman üzündən komanda planlaşdırılan vaxtda şəhəri tərk edə bilməyib.

Uçuş saat 21.50-yə təxirə salınsa da, bu vaxt da yola düşmək mümkün olmayıb. Komandanın yalnız bu gün 16.30-da Antepə yollanacağı gözlənilir. Bu üzdən Türkiyə Futbol Federasiyası ''Trabzonspor''un müraciətini qəbul edərək oyunu 1 gün sonraya keçirib. Yəni ''Qaziantep'' - ''Trabzonspor'' oyunu şənbə günü, aprelin 9-da keçiriləcək və Bakı vaxtı ilə saat 21.30-da başlayacaq.