Ukraynaya FİFA da yardım etdi

20.03.2022 18:12 493
Dünya futbolu
UEFA-dan sonra daha bir beynəlxalq futbol təşkilatı təqdirəlayiq qərar verib.

FİFA Ukrayna sakinlərinə 1 milyon dollar dəyərində tibbi yardım ayırıb. Ali qurumun saytındakı məlumatda FİFA-nın bölgədə humanitar vəziyyəti yaxşılaşdırmaq üçün belə addım atdığı bildirilib. Ukrayna Futbol Assosiasiyasının istəyi ilə dərmanların ilk hissəsi artıq müharibədən əziyyət çəkən ölkəyə çatdırılıb.

Xatırladaq ki, bundan əvvəl UEFA Ukraynadakı uşaqlara yardım üçün 1 milyon avro vəsait ayırmışdı.