"Bəxtimiz gətirmədi" - Camal Araqo

19.03.2022 19:20 511
Premyer-liqa
Premyer-liqada 20-ci turun oyunları keçirilir.

"Sabah" doğma meydanda "Səbail"i qəbul edib - 1:0. Qonaqların futbolçusu Camal Araqo oyundan sonra mətbuat konfransında iştirak edib. Oyunçu görüş haqda bunları deyib:

"Düşünürəm ki, bəxtimiz gətirmədi. Ən real şans bizdə oldu, lakin yararlana bilmədik. Ümumilikdə, yaxşı oynadıq. Komandanın oyundan çox razıyam. Nəticəyə görə məyusam. Sona qədər mübarizə aparacağıq".

- Hədəflərin nədr, klubda qalmağı düşünürsən?

​- Hər oyun mübarizə aparmağı düşünürük. Öz peşəkarlığımızı qorumalıyıq. Sona dəqər döyüşəcəyik. Hazırda bütün diqqətim klubdadı. Yeni mövsümlə bağlı bir şey deyə bilmərəm.