Güləşçimiz Günay Qurbanova ABŞ-ın Las Veqas şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.
"Football-plus.az" xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda ukraynalı Alina Filipoviçə sonuncu xal prinsipinə (4:4) əsasən məğlub olub.
Beləliklə, Qurbanova mundialı ikinci pillədə başa vurub.
Azərbaycan güləşçilərindən daha əvvəl Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal qazanıb. Oktyabrın 18-dək davam edəcək yarışda ölkəmizi 23 güləşçi təmsil edir.
Günay dünya çempionatında "gümüş" qazandı
İdman





