• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Təəssüf ki, klubumuz yenə elitada qalmaq uğrunda mübarizə aparacaq” - Cabir İbrahimov

Ölkə futbolu / Manşet

1-08-2024, 12:0

“Kəpəz” son günlər azarkeşlərin önünə xoş xəbərlərlə çıxır. Gəncə təmsilçisi fasilənin sonunda fəallaşıb.

Belə ki, ötən həftə qərb təmsilçisi əvvəlcə “Aqua Life Qax" suları ilə anlaşdı. "Maximus" MMC ilə tərəfdaşlıq müqaviləsinə görə şirkət mövsüm ərzində klubun su təminatını həyata keçirəcək. Əsas komandanın oyun formalarında isə şirkətin loqosu əksini tapacaq. Ardından Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə “Kəpəz”lə “Babir” idman geyimləri markası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. “Babir” “Kəpəz” Futbol Akademiyasını oyun geyimləri ilə təmin edəcək. Bir neçə gün öncə isə “sarı-göylər”lə Gəncə Memorial Hospital arasında tərəfdaşlıq müqaviləsi bağlanıb. Hospital mövsüm ərzində kluba tibbi xidmətlər göstərəcək.

Bir tərəfdən də klubdaxili islahatlar davam edir. Cabir İbrahimov “Kəpəz"in icraçı direktor postuna təyin olunub. "Football-plus.az" onunla əlaqə saxladı.

- Əvvəlcə yeni təyinatinızla bağlı sizi təbrik edirəm. Necə oldu ki, illər sonra yenidən bu vəzifəyə qayıtdız?
- Təbrikə görə təşəkkür edirəm. “Kəpəz” bizim doğma, sevimli klubumuzdu. Bu klubun bir parçası olmaq qürurvericidi. “Kəpəz”ə bağlı adamam. Həmişə komandanın vəziyyəti mənim üçün ön planda olub. Təyinatıma görə də rəhbərliyə minnətdaram.

- "Kəpəz"də son günlər baş verən yeniliklər hər kəsi yaxşı mənada təəccübləndirdi. Dəyişikliklər klub və gəncəlilər üçün nə vəd verir?
- Rəhbərlik klubun daha yaxşı yerlərə gəlməsi üçün əlindən gələnin ən yaxşısını etməyə çalışır. Son günlərdə imzaladığımız tərəfdaşlıq müqavilələri də işimizə dəstək olacaq. İnanıram ki, yaxın gələcəkdə daha yaxşı yeniliklərlə azarkeşlərimizi sevindirəcəyik.

- Son vaxtlar bir neçə tərəfdaşla müqavilə imzalandı. Bundan sonra klubun maliyyə durumu düzələcəkmi?
- Hər bir müqavilə işimizə dəstəkdi. Hər şeyin daha yaxşı olması üçün klubun maliyyə sponsoruna ehtiyacı var. Bu yöndə işlər davam edir.

- "Kəpəz"in növbəti mövsüm üçün hədəfi nə olacaq? Bu yeniliklərdən sonra yenə də premyer-liqada qalmaq üçün mübarizə aparacaqsız?
- Təəssüf ki, klubumuz yenə elitada qalmaq uğrunda mübarizə aparacaq. Sponsor olmadan böyük məqsədləri həyata keçirmək mümkün deyil. Ümumiyyətlə, istənilən irəliləyiş maddi dəstəkdən aslıdı.

- Mövsümün sonlarında "Kəpəz"də yaranan maddi sıxıntıdan bəzi futbolçular şikayətlənirdi. Hazırda futbolçuların maaşları tam ödənilibmi?
- Klubumuz sponsor dəstəyi olmadan fəaliyyət göstərir. Bəlli ünvandan gələn maliyyə hesabına klub ayaqda qalmağa çalışır. Bu günə kimi “Kəpəz” heç kimə borclu qalmayıb. Futbolçularla bağlı bütün öhdəliklər də tam yerinə yetirilib.

- Stadionla bağlı nə yeniliklər var?
- Stadionla bağlı məsələ Gənclər və İdman Nazirliyinin üzərindədi. Yaxşı olar ki, bu sualı nazirliyə ünvanlayasız. Tikinti davam edir. İnanırıq ki, növbəti mövsümdən rəqiblərimizi Gəncədə qəbul edə biləcəyik.

- Bu dəyişikliklərdən sonra "Kəpəz" akademiyası üçün hansı plan və strategiya seçilib?
- Akademiyanın rəsmi açılışı olmayıb. Mövcud vəziyyətdə maliyyə ayrılmayıb. Ona görə də planlar qurmağa imkanımız yoxdu. Yaxın günlərdə maliyyə planında dəyişiklik olarsa, həyata keçirəcəyimiz işlər özümüz üçün məlumdu. Akademiya açılmasa belə, fəaliyyətimizi günün tələbləri səviyyəsində qurmuşuq. Məşqçilərlə müntəzəm çalışırıq. Uşaq futbolunun inkişafı üçün səylərimizi davam etdiririk.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

15-11-2023, 19:0

Cabir İbrahimov qeyri-rəsmi formada icraçı direktor oldu

Ölkə futbolu

29-07-2024, 12:0

"Kəpəz"ə yeni icraçı direktor təyin edildi

Premyer-liqa

23-07-2024, 21:0

“Kəpəz”ə sponsor tapıldı

İdman

5-08-2023, 11:0

Cabir İbrahimov akademiya rəhbəri oldu

Aktual / Ölkə futbolu

5-08-2023, 12:0

“Neftçi” PFK ilə “Maximus” MMC arasında sponsorluq müqaviləsi bağlanıb

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 323
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə