AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində 2027/28 lisenziyalaşdırma mövsümünə həsr olunmuş açılış iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, iclasda AFFA-nın əməkdaşları, Misli premyer-liqası, 1-ci və 2-ci liqa, eləcə də Qadınlar Super Liqasında çıxış edən klubların nümayəndələri iştirak ediblər.
Lisenziya və Qeydiyyat departamentinin rəisi Seymur Səlimli iclası açaraq klublara yeni lisenziyalaşdırma mövsümündə uğurlar arzulayıb.
İclasda ötən mövsümün icmalı, Lisenziya və Qeydiyyat departamentinin yenilənmiş təşkilati strukturu, rəsmi sənədlərdə və lisenziyalaşdırma qaydalarında edilən dəyişikliklər, həmçinin klubların növbəti mərhələdə atmalı olduqları addımlarla bağlı təqdimatlar keçirilib.
Tədbirin sonunda klub nümayəndələrinin sualları cavablandırılıb.
2027/28 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi
Ölkə futbolu





