“Sabah”ın Çempionlar Liqasının 2-ci turunda Praqa “Slaviya”sına 2:0 hesabı ilə qalib gəlməsi Azərbaycanın UEFA reytinqində irəliləməsinə səbəb olub.
"Football-plus.az" xəbər verir ki, bu qələbə ölkəmizin aktivinə 0,500 xal əlavə edib. Nəticədə Azərbaycan son 5 mövsümün nəticələrinə əsasən hesablanan UEFA ölkələr reytinqində İsraili geridə qoyaraq 24-cü pilləyə yüksəlib. Hazırda ölkəmizin 24,187 xal var.
Azərbaycan klubları cari mövsümdə ümumilikdə 5,625 xal toplayıblar. Maraqlıdı ki, bu göstərici ilə ölkəmiz mövsümün reytinqində 2-ci yerdədi. Yalnız Portuqaliya Azərbaycandan öndədi. İngiltərə, İspaniya və Almaniya kimi ölkələr isə geridə qalıblar.
Klubların UEFA reytinqində də “Sabah” irəliləyib. Bakı təmsilçisi bu mövsüm qazandığı 8 xal sayəsində ümumi xalını 14-ə çatdırıb və 147-ci pillədən 130-cu yerə yüksəlib.
Azərbaycan UEFA reytinqində bir pillə irəlilədi
Ölkə futbolu





