Millimizin bütün üzvləri medal qazandı

23.08.2026 14:54 5
İdman
Yeniyetmə oğlan cüdoçulardan ibarət millimiz Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

"Football-plus.az" xəbər verir ki, yarışda dörd idmançı ilə təmsil olunan yığmanın bütün üzvləri medal qazanıblar.

Qərib Atababayev (55 kq), Raul Məlikzadə (60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib olublar. Muhəmməd Səttarov (60 kq) isə turniri bürünc medalla başa vurub.

Millinin məşqçisi Orxan Səfərovun rəhbərliyi ilə yarışa qatılan yığma yekunda 3 qızıl və 1 bürünc olmaqla 4 mükafat qazanıb.