İki minə yaxın könüllü…

22.08.2026 15:53 2
İdman
Sentyabrın 24-26-da Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin təşkilinə iki minə yaxın könüllünün cəlb olunması nəzərdə tutulub.

"Football-plus.az" xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları və işçi qüvvəsi departamentinin nümayəndəsi Arifə Əliyeva deyib.

O bildirib ki, apreldə elan olunan könüllülər proqramına cəmi üç gün ərzində 49 mindən çox müraciət daxil olub. Əliyevanın dediyinə görə, 2016-cı ildən etibarən yarışların təşkilinə 20 mindən çox gənc könüllü kimi cəlb olunub. Onlardan 400-dən çoxu uğurlu nəticə göstərərək sonrakı illərdə tədbirin təşkilində işçi qüvvəsi kimi fəaliyyətini davam etdirib.

Qurum rəsmisi bu il dünyanın müxtəlif ölkələrindən 1550-yə yaxın beynəlxalq könüllünün onlayn müsahibə və təlim mərhələlərindən keçdiyini də bildirib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul