AFFA-nın texniki direktoru gənc futbolçuları izlədi

18.08.2026 21:34 4
Ölkə futbolu
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) texniki direktoru, niderlandlı futbol mütəxəssisi Edmond Klaus Bayıl stadionunda yerləşən Futbol İnkişaf Mərkəzində olub.

"Football-plus.az" xəbər verir ki, o, “Sabahın ulduzları” Bakı Kuboku çərçivəsində keçirilən qarşılaşmaları stadiondan canlı izləyərək gənc futbolçuların oyununu və inkişaf potensialını müşahidə edib.

Edmond Klausun rəhbərliyi altında fəaliyyət göstərən seleksiya qrupu U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək millimizin heyəti üçün namizədlər seçir.

“Sabahın ulduzları” Bakı Kuboku AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Bayıl stadionunda keçirilir.

Stadion əsaslı təmirdən sonra bu mövsümdən etibarən uşaq və gənclər futbolunun istifadəsinə verilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul