“İlk turda “Qarabağ”la qarşılaşmaq uşaqlarda bir qədər həyəcan yaratdı” - Azər Bağırov

17.08.2026 22:13 2
Avrokuboklar / Manşet
Premyer-liqanın 1-ci turunda “Qarabağ” “Şamaxı”nı məğlub edib - 3:1.

Matçdan sonra qonaqların baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavabladı.

- “Qarabağ”a qarşı oynamaq həmişə çətindi. İlk turda “Qarabağ”la qarşılaşmaq bəlkə də uşaqlarda bir qədər həyəcan yaratdı. Düşünürəm ki, ilk yarıda yaxşı oyun göstərdik. Bu oyundan da nəticələr çıxarmalıyıq. Ümumən səhvlərimiz var. Oyundan əvvəl də söylədiyimiz kimi, məhz belə epizodlarda səhvlər etdik. Düşünürəm ki, daha yaxşı olmalıyıq. Meydançada “Qarabağ” kimi komandalara qarşı oynayarkən tapşırıqlar maksimum səviyyədə yerinə yetirilməlidi. Çünki cüzi səhvlər belə bağışlanmır. Ona görə də çalışacağıq, işləyəcəyik və daha yaxşı “Şamaxı” görəcəyik. “Qarabağ”ı təbrik edirəm. İnşallah, Konfrans Liqasında da uğurlar arzulayıram.

- Son iki iş fəaliyyətinizi nəzərə alsaq, adətən ağır şərtlər daxilində çalışırsınız. Necə düşünürsünüz, sponsorsuz “Şamaxı”da da fərqli nəsə ortaya qoya biləcəksiz?
- Əslində düşünürəm ki, yaxşı heyətimiz var. Gənc və yaxşı yerli futbolçularla çalışıram. Bu gün Azərbaycan futbolunda hamı daha çox liqa nəticələrinə köklənib. Amma biz istəyirik ki, Azərbaycan futboluna yaxşı yerli futbolçular da bəxş edək. İşimiz çətindi. Heç bir iş asan deyil. Bu gün premyer-liqada çalışmaq da, bilirsiz, nə qədər çətindi. Sponsor məsələsini də nəzərə alırıq. İnşallah, sponsorumuz olar. Zamanla hər şey yaxşı olar və Allahın izni ilə öhdəsindən gələrik.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul