"Kəpəz"lə "Sumqayıt" yoxlama matçında üz-üzə gələcək

23.07.2025 12:59 9
Ölkə futbolu
"Kəpəz"in yoxlama oyunları üçün daha bir rəqibi məlum olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sarı-göylər" "Sumqayıt"la qarşılaşacaq. Matç iyulun 31-i Qəbələdə keçiriləcək. Görüşün başlama saatı barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, "Kəpəz" bunadək "Qəbələ" ilə yoxlama oyununda uduzub - 0:2. Gəncə təmsilçisi toplanış çərçivəsində daha 4 görüş keçirməyi planlaşdırır. "Sumqayıt" isə Qəbələdəki toplanışı müddətində daha 3 matça çıxacaq.