Napalkova karyerasını "Gəncə"də davam etdirəcək

1.06.2026 14:54 14
İdman
“Gəncə” ukraynalı voleybolçu Olena Napalkova ilə müqavilənin müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə “Gəncə” Voleybol Klubu məlumat yayıb.

Bildirilib ki, Ukrayna millisinin də üzvü olan oyunçu növbəti mövsümdə də komandanın formasını geyəcək.

Qeyd edək ki, Olena Napalkova 2024/25 mövsümündə “Gəncə”nin heyətində ölkə kubokunun gümüş medalını qazanıb.