Yığmalarımız dünya reytinqində irəlilədi

25.03.2026 19:25 6
İdman
Basketbol üzrə kişilərdən ibarət millimiz FİBA-nın yeni reytinqində mövqeyini yaxşılaşdırıb.

"Football-plus.az" xəbər verir ki, yığma əvvəlki siyahı ilə müqayisədə 5 pillə irəliləyərək 99-cu sıraya yüksəlib.

Qadınlardan ibarət millimiz də reytinqdə yüksəlişə nail olub. Yığma 10 pillə irəliləyərək 93-cü pillədə qərarlaşıb.