Cüdo millimiz Daşkənddə təşkil olunan “Böyük Dəbilqə” turnirində növbəti uğura imza atıb.
"Football-plus.az" xəbər verir ki, Ömər Rəcəbli 81 kq çəki dərəcəsində çıxış edən Ömər Rəcəbli həlledici görüşdə Rusiyanı təmsil edən Abdul-Kerim Tasuyevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu gün tatamiyə çıxan Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) isə mübarizəni medalsız başa vurublar.
"Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.