“Neftçi” niyə də 3-cü olmasın?!

17.02.2026 10:52 93
Ölkə futbolu / Aktual
Yuri Vernidub gələndən sonra məğlubiyyətin nə olduğunu bilməyən “Neftçi” yenidən avrokuboklar mübarizəsinə qayıtdı. “Ağ-qaralar” hazırda 30 xalla turnir cədvəlininin 7-ci pilləsində qərarlaşıb.

İrəlidə olan “Araz-Naxçıvan” da eyni xala malikdi, qələbə sayına görə 6-cı, “Sumqayıt” 30 xalla 5-ci və “Turan Tovuz" 34 xalla 4-cü yeri tutur. Yəni “Neftçi”ni 4-cü pillədən cəmi 4 xal ayırır. “Zirə” 21-ci turda “Azərsun Arena”da “Turan Tovuz” ilə, “Sumqayıt” evdə “Qəbələ” ilə qarşılaşacaq. “Araz-Naxçıvan” “Neftçi” ilə eyni xal toplasa da, istər klub, istərsə də komandadaxili məlum problemlər, oyun və nəticənin olmaması artıq Muxtar Respublika təmsilçisini bu yarışdan uzaqlaşdırmaqdadı.

Kəsəsi, “ağ-qaralar” sabitliyi qoruya bilsə, avrokuboklara da düşər, mükafatçılar sırasına da!

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul