"Komanda uduzursa, pozitivliyi qorumaq çətindi" - Saşa İliç

15.02.2026 19:23 20
Ölkə futbolu / Manşet
"Sumqayıt" Misli premyer-liqasının 20-ci tur matçında "Araz-Naxçıvan"a uduzdu - 0:1.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Rəqibi təbrik edirəm. Bu gün məğlub olmamalıydıq. Penaltidən qol buraxdıq. Hardasa bərabərsəviyyəli oyun idi. Gərək, uduzmazdıq.

- Bu gün "Sumqayıt" özünə bənzəmədi. Demək olarmı ki, "Zirə" ilə ardıcıl oyunların komandaya həm fiziki, həm də psixoloji baxımdan böyük təsiri oldu?
- Xeyr. Razı deyiləm. Hər üç oyunda bərabərsəvliyyəli oyun göstərmişik. Futboldu, bəzən qalib gəlirsən, bəzən uduzursan.

- Qarşıdakı üç oyun autsayder komandalara qarşı olacaq. "Sumqayıt" bu fürsətdən istifadə edərək turnir cədvəlində mövqeyini möhkəmləndirə bilər?
- Deməzdim ki, zəif komandalardı. "Qəbələ" səviyyəlidi, müəyyən nəticələri var. Asan oyun olacağı haqda fikirlərlə razı deyiləm.

- Demişdiz, heyət yaxşı olsa, avrokuboklar uğrunda mübarizə apara bilərik. Komandaya son olaraq Sedrik Badolo gəldi. İstədiyiniz heyəti görürsüz?
- Badolo yeni oyunçudu. Hələ bir məşq keçib. Güclənməyə ehtiyac var. Bu heyətlə davam edirik. "Transfer pəncərəsi" bağlıdı.

- Bu mövsüm alınmasa, yeni mövsümdən komandada qalıb daha sabit heyətlə avrokuboklar uğrunda mübarizə apara bilərsiz?
- İndi bu haqda danışmağın vaxtı deyil, tezdi. Qarşıda bizi çox çətin oyunlar gözləyir. Avrokuboklar uğrunda mübarizə aparacağıq.

- Mövsümün birinci hissəsində daha xoşbəxt Saşa İliç görürdük. İndi isə belə deyil. Bu nəticələrdən irəli gəlir?
- Xeyr. Həmişə pozitivəm. Amma komanda uduzursa, pozitivliyi qorumaq çətindi. Əsas odu ki, futbolçular meydanda keyfiyyətli oyun göstərsin. Uduzan komandanın baş məşqçisi kimi sevinməli bir şey görmürəm.