"3 cavabsız qol buraxacaq qədər pis oynamadıq" - Saşa İliç

4.10.2025 21:56 18
Ölkə futbolu / Manşet
"Sumqayıt" Misli premyer-liqasının evdə keçirilən 7-ci tur matçında "Turan Tovuz"a uduzdu - 0:3.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Çox ağır oyun oldu. Ancaq 3 cavabsız qol buraxacaq qədər pis oynamadıq.

- Sizə elə gəlmir ki, rəqiblər artıq oyun tərzinizi öyrənib?
- Fərdi səhvlər edirik və bunun nəticəsini görürük. Rəqiblərimizin hansısa sirri öyrəndiyini düşünmürük.

- Fərdi səhvlərə qarşı tədbir görmək niyyətiniz yoxdu?
- Oyunçuların səhvlərinin olması normaldı. Biz bu səhvlərin aradan qaldırılmasına çalışacağıq. Futbolçularımdan narazı deyiləm. Bu oyuna baxsaq, qapımıza vurulan zərbələrin hamısı qolla nəticələndi.

- Mehdi Cənnətov bu gün də kobud səhvə yol verdi. Sanki çox rahatdı. Səhvlərinin üzərində işləmək istəmir...
- Futbolçularımı həmişə dəstəkləmişəm. Mən komandama güvənirəm. Oyunçularımdan razıyam. "İmişli" və "Neftçi"yə qarşı yaxşı oyun göstərsək də, uduzduq. Səhvləri aradan qaldırmağa çalışacağıq.

KƏNAN BAHADIR