• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Turan Afrika klubunu “Qəbələ”yə niyə dəyişdi? - “Orda yaşlı, afrikalı oyunçular daha çox forma geyirdi”

Aktual / Müsahibə

5-02-2026, 21:0

Rüfət Abdullazadədən sonra Turan Manafov da legioner həyatına ara verərək Azərbaycana qayıtdı. 27 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər “Qəbələ”nin formasını geyəcək.

Maraqlıdı ki, o, ötən ilin sentyabrında Cənubi Afrika “Stellenboş”uyla 2028-ci ilin sonuna qədər olan müddəti əhatə edən müqavilə imzalamışdı. Bundan sonra Afrika Konfederasiyalar Kubokunda 2, ölkənin premyer-liqa klublarının iştirakıyla keçirilən üçüncü dərəcəli kubok yarışında 1, əsas çempionatda 7 matç keçirən futbolçu “qırmızı-qaralar”da göründü.

Bəs, futbolçu niyə vətənə qayıtmağa qərar verdi? Onun məhz “Qəbələ”yə gəlməsini şərtləndirən amillər hansılardı? Olmaya, Cənubi Afrikada hansısa problemlə üzləşib?

Bu suallara aydınlıq gətirmək üçün Turanla əlaqə saxladıq.

- Turan, cəmi 4 ay sonra Azərbaycana qayıtdın. Nə baş verdi?
- Xatırlayırsızsa, Azərbaycandan ayrılanda iki aydan çox idi futbol oynamırdım. Mövsüm başa çatdıqdan sonra bir ay fasilə oldu. Qarşı tərəfdən təklif gələndən sonra daha bir ay viza məsələsinin həll olunmasına sərf etdim. Təklifi iyunun axırlarında almışdım. Afrikaya yollanandan sonra isə oturum icazəsi almaq lazım idi. Bir müddət də burda vaxt itirdim. Ardınca formada olmadığım üçün çox şans qazana bilmədim. Amma özümü hazır hiss etdiyim vaxtdan bəri bütün oyunlarda iştirak etdim. Daha sonra komandada baş məşqçi dəyişikliyi baş verdi. Qarışıq mövzular ortaya çıxdı. Yeni çalışdırıcı yalnız öz futbolçularına şans verməyə başladı. Yaşlı, afrikalı oyunçular daha çox forma geyirdi. Bu ərəfədə “Qəbələ”dən təklif aldım.

- Niyə məhz “Qəbələ”?
- Bu komandanın şərtləri xoşuma gəldi. Həm də kollektiv yaxşı futbol oynayır. Premyer-liqa təcrübəsi olmayan oyunçuları olsa da, yaxşı performans sərgiləyirlər. Məncə, “Qəbələ” göstərdiyi futbola görə turnir cədvəlində daha yüksək pillələrə layiqdi. Sadəcə, bəzən şanssızlıqdan, bəzən də təcrübəsizlikdən xal itirirlər. Həm də bu klubun akademiyasında inkişaf etmişəm. Belədə gəlib 4 ay “Qəbələ”də oynamağı üstün tutdum. Vətəndə olacam, icarə müddəti bitəndən sonra Afrikaya qayıdacam. Yəqin ki, o vaxta qədər məxsus olduğum komandanın durumu daha yaxşı olacaq.

- Bayaqkı sualın ardı: başqa təklif yox idi?
– Başqa klublardan da təklif almışdım. İstəsəm, Afrikada başqa komandaya da gedə bilərdim. Orda hansısa problemim olmayıb. Maliyyə cəhətdən də hər şey qaydasındaydı. Uyğunlaşmaqda da çətinlik çəkmədim. Sadəcə, yeni baş məşqçi bir az yaşlıdı. Ancaq özünə uyğun olan futoblçuları oynadır. Legionerləri çox xoşlamır. İstəyir ancaq öz adamları oynasın. Yenə də bunlar klubun öz işidi. Bu barədə danışmaq mənə düşməz. Demək olar ki, bütün şərtlərə görə bu komanda uyğun olduğuna görə “Qəbələ”ni seçdim. Öz vətənimdi. Bura kollektivin turnir cədvəlindəki durumuna baxıb gəlməmişəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

– Bəs, bundan sonrakı planların hansı yöndədi?
– Müqaviləmin müddəti bitənə qədər ordayam. Məşqçi dəyişikliyi olmasa, Azərbaycana qayıtmaq niyyətində deyildim. Gələcəyi bilmək olmur. İndiki halda Azərbaycanda oynamaq daha yaxşı variantdı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

12-09-2025, 12:0

Turan Manafov Cənubi Afrika klubunda - rəsmi

Ölkə futbolu

29-01-2026, 23:0

Turan Manafov "Qəbələ"də - RƏSMİ

Ölkə futbolu

10-09-2024, 10:0

Turan Manafov "Kəpəz"də

Ölkə futbolu

31-01-2025, 12:0

"Qəbələ" iki futbolçuyla vidalaşdı, Mehracı icarəyə verdi

Premyer-liqa

14-03-2023, 20:0

"Turan Tovuz"un futbolçusu millidə

Ölkə futbolu

10-09-2025, 19:0

Rüfət yenidən "Qəbələ"də - rəsmi

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə