Çempionlar Liqasında 150-ci qol

22.01.2026 14:33 12
Avrokuboklar
Azərbaycan komandalarının Çempionlar Liqasında vurduğu qolların ümumi sayı 150-yə çatıb.

"Football-plus.az" xəbər verir ki, yubiley qolunu Bəhlul Mustafazadə vurub.

“Qarabağ”ın müdafiəçisi liqa mərhələsinin 7-ci turunun “Ayntraxt”la (Frankfurt, Almaniya) ev matçında qələbə topunun müəllifi olub – 3:2. Azərbaycan komandaları qitənin ən nüfuzlu klub turnirinin təsnifat və əsas mərhələlərinə keçirilən 116-cı matçda 150-yə çatıb.

Bu qollara 7 komanda imza atıb. “Qarabağ” hamıdan çox – 110 dəfə fərqlənib. “Neftçi” 18, “Bakı” 7, “Şəmkir” 6, “Kəpəz” 4, “Şamaxı” 3, “Xəzər Lənkəran” 2 qola sevinib. 150 qoldan 136-sı təsnifat və pley-off, 14-ü əsas mərhələlərdə (qrup və liqa) vurulub.

Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycan təmsilçilərinin ilk qoluna İmamyar Süleymanov imza atıb. O, 1998-ci il iyulun 22-də LKS (Polşa) - “Kəpəz” qarşılaşmasında (4:1) fərqlənib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul