"Qarabağ" qalib gəldi, UEFA reytinqində irəlilədik

22.01.2026 11:13 24
Avrokuboklar
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

"Football-plus.az" xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunun oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasını məğlub etməsi sayəsində mümkün olub. Bu qalibiyyət sayəsində ölkənin aktivinə 0.500 əmsal əlavə olunub. Azərbaycan hazırda (22.750) 27-ci sıradadı. 28-ci sıradakı Slovakiyanın 22.375 əmsalı var.

Siyahıya 106,991 əmsalla İngiltərə başçılıq edir.