Serbiyaya daha da yaxınlaşdıq - UEFA reytinqi

6.11.2025 09:52 21
Avrokuboklar
Azərbaycan UEFA reytinqində Serbiyaya daha da yaxınlaşıb.

"Football-plus.az" xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda İngiltərə "Çelsi"si ilə heç-heçə etməsi (2:2) sayəsində mümkün olub.

25-ci pillədə qərarlaşan Azərbaycanın əmsalı 22.250-yə çatıb. 24-cü yerdəki Serbiyanın 22.375 əmsalı var. Sloveniya isə 21.718 əmsalla 26-cı sıradadı.

Qeyd edək ki, UEFA reytinqində İngiltərə (100.227) ilk sıraradadı.