Azərbaycan kişi voleybol yığmasında baş məşqçi postuna yeni təyinat olub. Bu vəzifəyə “Azərreyl”in baş məşqçisi, fransız mütəxəssis Boris Qrebennikov gətirilib.
2024-cü ilin martından yığmaya rəhbərlik edən Fərid Cəlalovla əmək müqaviləsinin müddəti başa çatıb və federasiya Qrebennikovla anlaşıb.
67 yaşlı Qrebennikov oyunçu karyerası dövründə Qazaxıstanın “Doroznik” klubunun kapitanı olub. O, 1990-cı illərdə Fransaya köçərək orada yaşayıb, oynayıb və bir neçə klubda məşqçi kimi çalışıb. 2023-cü ildən “Azərreyl”in baş məşqçisi vəzifəsini icra edir.