"Azərreyl"də yeni baş məşqçi

18.09.2024 23:18 109
İdman
Qadın voleybolçulardan ibarət "Azərreyl"in yeni baş məşqçisi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, komanda italiyalı Paolo Tofoliyə tapşırılıb. 58 yaşlı mütəxəssisin müqaviləsinin detalları açıqlanmayıb.

O, bu postda Cengiz Akarçeşmeni əvəzləyib.