Silva "FC 26 Football Ultimate Team"də yer aldı

13.11.2025 20:11 7
Ölkə futbolu
"Qarabağ"ın futbolçusu Mateus Silva Çempionlar Liqasının son həftəsində göstərdiyi performansa görə "EA Sports FC 26" oyununda "Football Ultimate Team" rejimində "UEFA Prime Time" oyunçuları arasında yer alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi internet səhifəsində məlumat verilib.

Bu nominasiya turnirin ən parlaq çıxış edən futbolçularını bir araya gətirən xüsusi seçmə heyətdi. Silva son qarşılaşmalardakı etibarlı oyunu və komandanın müdafiəsindəki rolu ilə diqqət çəkib.

Mövzu ilə bağlı "Qarabağ"ın rəsmi saytına açıqlama verən Mateus Silva bildirib ki, bütün bunlar komandanın birgə səyi nəticəsində baş verib:
"Ultimate Team"ə daxil edildiyim üçün çox xoşbəxtəm, bütün bunlar komandamızın gördüyü möhtəşəm işlər sayəsində mümkün olub".

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul