Sloveniya UEFA reytinqində Azərbaycana yaxınlaşır.
"Football-plus.az" xəbər verir ki, bu, avrokuboklarda Liqa mərhələsinin III turunun oyunlarından sonra reallaşıb.
Ötən gecə bu ölkənin "Selye" klubu Konfrans Liqasında qələbə qazanıb. Komanda İrlandiyada "Şemrok Rovers"i iki cavabsız qolla üstələyib.
Əmsalını 21.718-ə çatdıran Sloveniya 26-cı pilləyə yüksəlib. 25-ci yerdəki Azərbaycanın 22.000 əmsalı var. Serbiya (22.375) 24-cü sıradadı.
Bu həftə təmsilçimiz "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"ə məğlub olub - 1:3.
UEFA reytinqinə İngiltərə (99.005) başçılıq edir.