Fransadan millimizə 8 cavabsız qol

8.10.2025 18:53 18
Ölkə futbolu
17 yaşadək futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv yarışa ev sahibliyi edən Fransa yığması ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, millimiz seçmə mərhələdə daha iki oyun keçirəcək. U-17 oktyabrın 11-də İsrail, 14-də isə Rumıniya ilə üz-üzə gələcək.