Millimiz gümüş medal qazandı - 3-cü MDB Oyunları

4.10.2025 16:26 8
Ölkə futbolu
16 yaşadək futbolçulardan ibarət millimiz Qəbələdə təşkil olunan 3-cü MDB Oyunlarında final matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığmamız həlledici oyunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində hər iki qolu Əli Bəşirov (46 və 67-ci dəqiqələr) vurub.

Bununla Rusiya yığması 3-cü MDB Oyunlarının qalibi olub, millimiz isə gümüş mükafat qazanıb. 3-cü yer uğrunda matçda Tacikistan üzərində 2:0 hesablı qələbə qazanan Belarus seçməsi turnirin bürünc medallarına yiyələnib.

Xatırladaq ki, millimiz qrupdakı oyunlarında Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub edib.