Bolt potensial görür, amma...

22.09.2025 22:22 17
İdman
Yüngül atletika üzrə səkkizqat olimpiya və 11 dəfə dünya çempionu - yamaykalı Useyn Bolt dünya rekordlarının tezliklə qırılma ehtimalını qiymətləndirib.

O, karyerası ərzində 8 dəfə dünya rekordunu yeniləyib:
"Düşünürəm ki, istedad var və gələcəkdə idmançılar böyük işlər görəcəklər, lakin hazırda dünya rekordumu qıra biləcəklərini düşünmürəm".
Bolt ardıcıl üç Olimpiadada (Pekin-2008, London-2012 və Rio-de-Janeyro-2016) 100 və 200 metr məsafələrə qaçış yarışlarında qalib gələn yeganə idmançıdı.

O, hazırda 100 m (9,58 san) və 200 m (19,19 san) məsafəyə qaçışda, həmçinin Yamayka komandasının tərkibində 4x100 m estafetində dünya rekorduna (36,84 san) sahibdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul