Misli premyer-liqasında 2025/26 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. İyulun 18-də "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda baş tutacaq tədbir saat 15:00-da start götürəcək.
Xatırladaq ki, yeni mövsüm avqustun 15-də start götürəcək.