"Avropa və Azərbaycanda sübut etmək istəyirik ki..."

28.06.2025 11:36 30
İdman / Müsahibə
“Sabah”ın yeni transferi Kamran Məmmədov klubunun mətbuat xidmətinə müsahibə verib.

"Football-plus.az" xəbər verir ki, 2 ildən sonra “Neftçi”dən Bakı təmsilçisinə qayıdan basketbolçu hədəflərini açıqlayıb.

- “Sabah”a qayıdacağınızı eşidəndə hansı hissləri keçirdiz?
- Çox sevindim. Çünki iki ildən sonra doğma yerə qayıdıram. Kluba mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Ümid edirəm ki, bunu doğruldacam.

- Komanda bu iki ildə necə dəyişib?
- “Sabah” bu iki ildə çox inkişaf edib. Düşünürəm ki, komanda basketbolda böyük iş görüb. İki ildə iki-üç pillə yüksəlib.

- Kluba keçdikdən sonra əsas motivasiyanız nədi?
- Əsas motivasiyam bu güclü komandada oynamağa layiq olduğumu sübut etməkdi.

- Son 2 ildə həm oyunçu, həm insan kimi nədə inkişaf etdiz?
- Məncə, həm oyunçu, həm də insan kimi əsas uğurum böyüməkdi. Daha çox təcrübə qazandım. Ümid edirəm ki, bu təcrübəni oynayacağımız səviyyədə tətbiq edə bilərəm.

- “Sabah”da reallaşdırmaq istədiyiniz məqsədləriniz varmı?
- Avropa və Azərbaycanda sübut etmək istəyirik ki, klubumuz Çempionlar Liqasında yaxşı oynaya bilər.

- Azarkeşlərə nə demək istərdiz?
- Etimadınıza görə təşəkkür edirəm. Sizi oyunlarda gözləyirik. Hamınızı görməyə şad olaram. Gəlin “Sabah”a azarkeşlik edin.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul