Azərbaycan gimnastları dünya çempionatında

18.06.2025 12:55 19
İdman
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə yeniyetmələr arasında dünya çempionatı başlayır.

"Football-plus.az" xəbər verir ki, yarışın ilk günündə halqa və topla hərəkətlər üzrə təsnifat mərhələsi keçiriləcək.

Gimnastlarımız da mübarizəyə başlayacaqlar: Azadə Atakişiyeva halqa ilə kompozisiya nümayiş etdirəcək, İlahə Bahadırova topu ram edəcək.

Yeniyetmələrin dünya çempionatında fərdi hesabda yalnız müxtəlif növlərdə medallar uğrunda mübarizə gedəcək. Çoxnövçülük yarışları nəzərdə tutulmayıb.