"Qarabağ" bu gün mükafatlandırılacaq

18.05.2025 13:16 9
Ölkə futbolu
Bu gün Misli premyer-liqasının 36-cı turunun "Qarabağ" - "Kəpəz" oyunundan sonra mükafatlandırılma mərasimi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, "Azərsun Arena"da olacaq mərasimdə mövsümün qalibi "Qarabağ"a AFFA və PFL rəhbərliyi tərəfindən çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.

"Qarabağ" - "Kəpəz" oyunu saat 19.00-da başlayacaq. Ağdam təmsilçisinin yaydığı açıqlamada matç üçün 2500 bilet satıldığı bildirilib. Biletlər sektorlardan asılı olaraq 3, 7 və 15 manatdı.

Qeyd edək ki, "Zirə" mövsümü gümüş, "Araz-Naxçıvan" isə bürünc medalçı kimi bitirib.

Xatırladaq ki, "Qarabağ" tarixində 12-ci dəfə çempionluq kubokunu başı üzərinə qaldıracaq.