Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Sabah” - “Neftçi” matçında azarkeş rekordu qeydə alınıb.
"Football-plus.az" xəbər verir ki, matçı 6600 tamaşaçı stadiondan izləyib ki, bu da ölkə kubokunun 2024/25-ci illər mövsümünün ən yüksək göstəricisidi.
Oyuna gələn tamaşaçılar arasında Azərbaycanla yanaşı, Polşa, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, İndoneziya və Rusiya vətəndaşları da olub.