AFFA rəsmiləri UEFA-nın tədbirində

23.04.2025 17:54 7
Ölkə futbolu
AFFA-nın VAR layihəsi üzrə koordinatoru Fəridə Lütfəliyeva və VAR təlimçisi Kristof Dierik Portuqaliyada UEFA-nın tədbirinə qatılıblar.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, “UEFA VAR simpoziumu” adlı tədbirdə əsas mövzular VAR-ın kommunikasiya sisteminin gələcəyi; gələcəkdə VAR-ın iş prinsiplərində dəyişikliklər; ilkin yaradılma məqsədi; əldə olunan uğurlar, üzləşilən çətinliklər, inkişaf istiqamətləri; oyun zamanı ardıcıl və şəffaf kommunikasiya qurmaqdan ibarətdi.

“UEFA VAR simpoziumu” tədbirinə sabah yekun vurulacaq.