“Çelsi”nin oyunçusu əməliyyat olundu

7.04.2025 09:28 2
Dünya futbolu
Uesli Fofana əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, “Çelsi”nin oyunçusu bud nahiyəsindən cərrahi müdaxiləyə məruz qalıb.

Müdafiəçi üçün cari mövsümün erkən sona çatdığı məlum idi. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə,

Ueslinin bərpa prosesi təxminən 3-4 ay çəkəcək.
24 yaşlı fransalı futbolçu bu mövsüm premyer-liqada 14 oyun keçirib.