Argentinanın paytaxtı Buenos-Ayresdə atıcılıq üzrə dünya kubokuna start verilib.
"Football-plus.az" xəbər verir ki, 10 m məsafədən atəş açan kişi snayperlərin mübarizəsində təsnifat mərhələsi baş tutub.
Təmsilçimiz Ruslan Lunyov da hədəf önünə keçib. O, 578 xalla 13-cü olub. Snayperimiz final mərhələsinə yüksələn “8-lik”dən kənar qalıb.
Qeyd edək ki, təsnifat mərhələsində 46 atıcı çıxış edib.