Perunun paytaxtı Limada keçirilən atıcılıq üzrə gənclər arasında dünya çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, millimizin daha bir atıcısı hədəf önünə keçib.
Nigar Ramazanova tüfənglə 10 m məsafədən atəş açmada dəqiqliyini sınayıb. O, təsnifat mərhələsində 604,4 xal toplayıb. Snayperimiz 90 iştirakçı arasında 85-ci olub.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 7-dək davam edəcək.