Misli premyer-liqasının 28-ci turunda 18 qol vurulub.
"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, “Sumqayıt” – “Sabah” (3:3) oyununda 6, “Turan Tovuz” – “Qarabağ” (1:4) matçında 5, “Zirə” – “Şamaxı” (3:0) görüşündə üç qol qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Səbail” (hər ikisi 1:1) qarşılaşmalarının hərəsində 2 top vurulub.
Turun orta məhsuldarlığı 3,60-a bərabərdi. Bu, cari mövsümün ikinci göstəricisinin təkrarıdı. 10-cu turda da 18 qol qeydə alınıb. Mövsümün rekordu isə 19 topun vurulduğu 8-ci tura məxsusdu. 28-ci tur mövsümün 3 ən məhsuldarlarından biri olmaqla yanaşı, 2025-ci ilin ən qollu turu olub.