“Mançester Siti”nin “1894” adlı azarkeş qrupu xüsusi pankart hazırlayıb.
Pankart Çempionlar Liqasında “Real” ilə keçirilən matç üçün hazırlanıb. Azarkeş qrupu bu barədə sosial şəbəkələrdə paylaşım edib. Pankartda MS-nin oyunçusu Rodri “Qızıl top” mükafatı ilə göstərilib. Həmçinin pankartda İngiltərənin “Oasis” qrupunun mahnısından “Stop Crying Your Heart Out” (“Acı göz yaşlarını tökməyi dayandır”) sözləri yazılıb.
Xatırladaq ki, 2024-cü ildə “Qızıl top” mükafatını “Siti"nin yarımmüdafiəçisi Rodri qazanmışdı. “Real”ın təmsilçiləri isə seçimin ədalətli olmadığını iddia edərək mükafatlandırma mərasimində iştirak etməmişdi.