AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev "CBC Sport"da yayınlanan "Bizim futbol" verilişində milli komandaya yenə də yüksək mükafatlar veriləcəyinin mümkünlüyünə dair sualı cavablandırıb.
"Football-plus.az" xəbər verir ki, o, bildirib ki, milli komandaya böyük məbləğdə bonuslar verilməyəcək:
"Hazırda milli komandaya böyük məbləğdə bonuslar verilmir. Qısa olaraq onu da deyim ki, belə bonusların verilməsi də nəzərdə tutulmayıb".
[quote][/quote]
Qeyd edək ki, millimizin üzvlərinə indiyə qədər yüksək məbləğdə bonuslar verilirdi. Hətta millinin məğlub olduğu bəzi oyunlarda da komanda mükafat alırdı.