Klubuna vaxtından əvvəl geri qayıtdı

21.01.2025 11:20 245
Dünya futbolu
Trevo Çaloba “Çelsi”yə qayıdıb.

Paytaxt klubu “Kristal Pelas”da çıxış edən müdafiəçisini icarə müqaviləsinin müddəti başa çatmadan geri qaytarıb. İngiltərəli futbolçu 2024-cü ilin avqustundan “Kristal Pelas”da oynayırdı. Müdafiəçi bu komandada meydana çıxdığı 14 oyunda 3 qol vurub.

Qeyd edək ki, 2018-ci ildən “Çelsi”nin üzvü olan Çaloba indiyədək icarə əsasında müxtəlif klublarda çıxış edib.