"Qəbələ" üç yoxlama oyunu keçirəcək

1.01.2025 13:50 348
Ölkə futbolu
“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, 1-ci Liqada 11-ci turun dekabrın 24-də “Mingəçevir”lə səfərdə keçirilən oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” yanvarın 9-da bir araya gələcək.

Komanda qış təlim-məşq toplanışını Qəbələdə gerçəkləşdirəcək. Hazırlıq prosesində üç yoxlama oyunu nəzərdə tutulub. Bu matçların vaxtı və rəqiblər barədə əlavə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, "Qəbələ" 1-ci liqada 11 turdan sonra 29 xalla vahid liderdir. Komanda mövsümün ilk yarısında qapısından qol buraxmayıb.