Bu gün Azərbaycanda matəm günüdü...

26.12.2024 10:30 589
Manşet
Bu gün ölkəmizdə matəm günüdü.

"Football-plus.az" xəbər verir ki, dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm gününün elan olunması barədə Sərəncam imzalayıb.

Qeyd edək ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insan həyatını itirib və ya xəsarət alıb.