Boksçumuz Tayfur Əliyev “HELL Boxing Kings”da növbəti döyüşünü keçirib.
"Football-plus.az" 60 kq-da rinqə çıxan Avropa Oyunlarının mükafatçısı Macarıstanın Mişkolts şəhərində təşkil olunan final gecəsində yerli Kovaç Kruzito ilə qarşılaşıb. 6 raund davam edən döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb.
Tayfur Əliyev bu qələbə ilə mövsümün çempionu olaraq xüsusi kəmərə layiq görülüb.