• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Santuşun gövdə nümayişi - KÖŞƏ

Aktual / Yazarlar

14-12-2024, 20:0

Azərbaycan xalqı növbəti dəfə dünyaca məşhur bir futbolçunu qarşılamağın, onunla eyni şəhərdə yaşamağın, eyni havada nəfəs almağın xoşbəxtliyini yaşadı.

Messi və onunla birlikdə Luis Suares, Serxio Buskets, Xordi Alba Bakıya təşrif buyurdular. Düzdü, çoxları düşünür ki, bu məşhurların Azərbaycana gəlişi ölkəmizin dünyaya tanıdılması baxımından təbliğat üçün vacibdi. Amma mən Messinin “instaqram”dakı səhifəsinə göz atdım. Orda Bakıya səfərlə bağlı hansısa paylaşıma rast gəlmədim. Sanki onların Bakıya gəlməsindən dünya xəbər tutmasın deyə, səfərə gizlin çıxıblar. Bizim də sevincimiz yerə-göyə sığmır. Allah eləsin, dünya ulduzları Bakıdan qayıdandan sonra paytaxtımız haqda təəssüratlarını sosial şəbəkələrdə paylaşınlar. Dünya da bunu görsün, dostlar sevinsin, düşmənlərin bağrı çartlasın.

Ötən ay da belə “xoşbəxtlik” yaşamışdıq. FİFA prezidenti Canni İnfantinio və braziliyalı futbol veteranı Ronaldinyo Bakıya gəlmişdilər. Hər ikisi paytaxtımızın gözəlliklərindən ağızdolusu danışmaqla yanaşı, futbolumuzu tərifləmişdilər, inkişafda olduğumuzu demişdilər. Elə həmin günlərdə milli komandalarımız böyükdən kiçiyə məğlubiyyətləri sıralamağa başladılar. Sanki futbolun ədalət tanrısı bizi yuxudan oyandırmağa çalışdı. Üzümüzə tərs bir sillə vurdu ki, qəflət yuxusundan ayılın, hansı gününüzə feyziyab olmusuz? Amma bizi belə sillələr, yəni ki, belə məğlubiyyətlər qəflət yuxusundan ayıldan deyil. Şair demişkən, dindirir əsr bizi, dinməyiriz, atılan toplara diksinməyiriz...

Azərbaycan futbolu problemlər içində boğulur, amma biz Ronaldinyonun, Messinin gəlişindən feyziyab oluruq. Həmin o problemlər heç kimin vecinə deyil. Millimiz FİFA-nın reytinq cədvəlində xəritədə yeri belə bilinməyən ölkələrin arasında itib-batıb, ikinci yüzlüyün ortalarına doğru sürətlə “irəliləyirik”. Millətlər Liqasında isə həvəskarların arasına düşmüşük. Əlbəttə, bütün bunlar futbolun içində olan şeylərdi. Hamı uda bilməz ki. Amma məsələnin vacib bir tərəfi var ki, biz bütün bu “uğurları” milyonları havaya sovura-sovura əldə edirik. İllərdi əcnəbi mütəxəssislər Azərbaycanda kef-damaq içində yaşayır. Berti Foqts, Robert Prosineçki, Canni de Byazi, Fernando Santuş kimilər bizim neft və milyonlar səltənətində krallar kimi yaşayırlar. Qismətimiz isə böyükhesablı məğlubiyyətlər, ildən-ilə geriləməkdi.

Bu yaxınlarda belə bir xəbər çıxdı ki, AFFA Santuşla yolları ayırmağa hazırlaşır, portuqaliyalı təqaüdçünü İcraiyyə Komitəsinin iclasından sonra yola salacaqlar. Sevindik ki, futbolumuzun başbilənləri səhvlərini anlayıblar, zərərinin yarısından dönmək istəyirlər. Deyəsən, sevinməyə tələsmişik. Belə ki, Santuş 1-ci liqanın “Baku Sportinq” – “Difai” qarşılaşmasına canlı baxmaq üçün Buzovna qəsəbəsindəki stadiona yollanıbmış, dünən də püşkatma mərasimində iştirak etdi. 1-ci liqa qarşılaşmasını izləmək yaxşıdı. Amma biz yaxşı bilirik ki, ordakıların milli səviyyəsinə yüksəlməsi mümkünsüzdü.

Santuşun konkret kiməsə göz qoyması, milliyə futbolçu axtarması heç də inandırıcı deyil. Burda mistik bir məna var. Santuş demək istəyir ki, siz başınızı Messiylə qatın, mən də öz işimdəyəm, heç yerə getmək fikrim də yoxdu. Sizlə elə belə davranmaq lazımdı.

AMAL

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

7-12-2024, 22:0

Messi Bakıya gəlir, başının dəstəsi ilə!

Aktual / Ölkə futbolu

14-12-2024, 12:0

“Alba gülərək növbəti il Azərbaycan klubuna transfer olunmaq üçün gələcəyini dedi, Suares də...”

Dünya futbolu

13-11-2024, 00:0

Ronaldinyo Bakıya gəldi

Ölkə futbolu

11-12-2024, 20:0

Messinin Bakıya səfəri başa çatdı

Ölkə futbolu

11-12-2024, 10:0

Messi Bakıdadı

Aktual / Ölkə futbolu

5-12-2024, 22:0

“Bu suallar bizə ünvanlamamalıdı” – AFFA-dan Messinin səfərinə reaksiya

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
Daha çox
Oxunub: 198
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 126
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 126
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə