“Neftçi” Əliyar Ağayevin idarə etdiyi oyunlarda qalib gələ bilmir

1.12.2024 16:32 317
Aktual / Ölkə futbolu
“Neftçi” bu gün doğma meydanda “Qarabağ”la üz-üzə gələcək.

Azərbaycan derbisini Əliyar Ağayev idarə edəcək. O, cari mövsümdə bakılıların 3, ağdamlıların 2 oyununu idarə edib. “Neftçi” Əliyar bəyin cari mövsümdə idarə etdiyi oyunların heç birində qələbə qazanmayıb.

Bakılıların Misli premyer-liqasının 1-ci və 5-ci turunda “Turan Tovuz” və “Şamaxı” ilə oyunlarında qolsuz heç-heçə qeydə alınıbsa, 7-ci turda “Qarabağ” onları darmadağın edib (4:0).

“Qarabağ”ın “Turan Tovuz”la ev oyununu da Ağayev idarə edib. Həmin oyunda isə qalib müəyyənləşməyib – 0:0.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul