Qəribə yol: Yasamaldan ...Barselonaya!

18.11.2024 18:28 309
Aktual / İdman
Futzal üzrə Yüksək Liqada mübarizə aparan “Yasamal Bakı”nın baş məşqçisi Anar İsayev İspaniyaya səfər edib. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Football-plus.az” səfərin şəxsi, yoxsa işgüzar xarakterli olduğunu öyrənmək üçün Anar bəylə əlaqə saxlayıb:

“Noyabrın 13-də Barselonada oldum. Sonra isə Madridə yollandım. Orda da tanışlarımız var. Madrid səfərim bir gün çəkdi. “Real”ın “Santyaqo Bernabeu” stadionunu gəzdim. Barselonanın “Montcada” klubu ilə əməkdaşlığımız oldu. Bizim akademiyamızdan Davud Qəhrəmanov, Araz Allahverdiyev və Arastun Qasımov aktiv məşqlərə qoşuldu. Növbəti ildə seçilən bir-iki uşaq Barselonanın Katoloniya Liqasında iştirak edəcək”.


ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul