"Elit-raunda vəsiqə qazanmaq istəyirik"

11.11.2024 15:37 291
Ölkə futbolu
19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Elxan Abdullayev AFFA-nın saytına açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, o, Avropa çempionatının seçmə mərhələsində keçiriləcək oyunlarla bağlı fikirlərini bölüşüb:

“Noyabrın 6-da Bakıda təlim-məşq toplanışına başlamışıq. Dünəndən isə Moldovada hazırlıq keçirik. Məşqlər plan üzrə baş tutur. İrlandiya yığması qrupumuzun favoriti hesab edilir. Buna baxmayaraq, qrupda ilk iki yerdən birini tutaraq, elit-raunda vəsiqə qazanmaq istəyirik. Düzdü, rəqiblərimiz güclü komandalardı. Ancaq bura elə-belə gəlməmişik. Məqsədimiz evə uğurlu nəticə ilə - elit-raunda yüksələrək qayıtmaqdı. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda yer alan U-19 noyabrın 13-də İslandiya, 16-da İrlandiya və 19-da Moldova yığması ilə qarşılaşacaq. Qrupun bütün oyunları Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul